Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 8 aprel, AZƏRTAC
Paytaxtın Nərimanov rayonu ərazisində istismar müddəti bitmiş xəttin ləğvi və yeni xəttin istismara verilməsi ilə əlaqədar başlanan işlər davam etdirilir.
AZƏRTAC Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (ADSEA) istinadla xəbər verir ki, bu işlərlə əlaqədar aprelin 8-i səhər saatlarından “Montin” yaşayış massivinə aid (Əlövsət Əliyev) bəzi ərazilərdə aprelin 9-u səhər saatlarına qədər suyun verilməsində fasilə yaranacaq.