Montsa yenidən Nestaya tapşırılıb | Icma.az
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır. A Seriyasında "Montsa"nın baş məşqçi vəzifəsində növbəti dəyişiklik reallaşıb.
İdman.biz xəbər verir ki, Aleesandro Nesta yenidən komandaya başçılıq edəcək.
Ötən il dekabrın 23-də istefaya göndərilən Nestaya yenidən müraciət olub.
O, 7 oyunda "Montsa"nı meydana çıxaran Salvatore Bokkettini əvəzləyib.
38 yaşlı Bokkettinin rəhbərliyi ilə komanda cəmi 1 qələbə qazanıb, 6 oyunda uduzub.
Qeyd edək ki, "Montsa" mövsümə Nestanın başçılığı ilə start verib.
Komanda 23 matçdan sonra 13 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
İdman.biz Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu