Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.
"Milan"ın hücumçusu Françesko Kamarda karyerasını "Monza"da davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial şəbəkə hesabında paylaşım edib.
Briansa təmsilçisi 18 yaşlı futbolçunu icarəyə götürməyi planlaşdırır və bununla bağlı "Milan"a rəsmi müraciət ünvanlayıb. "Monza" ilə yanaşı, B Seriyasında mübarizə aparan "Piza" da gənc hücumçunu heyətinə qatmaqda maraqlıdır.
kamarda cari mövsümdə "Milan"ın heyətində beş oyuna çıxıb.
Qeyd edək ki, "Monza" hazırda 7 xalla turnir cədvəlində 18-ci pillədə qərarlaşıb.