Moody s: Azərbaycan bank sektoru 2026 cı ilə stabil və müsbət göstəricilərlə daxil olur | …
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Moody’s” beynəlxalq reytinq agentliyi Azərbaycan bank sektoruna dair müsbət proqnozunu təsdiqləyib.
“APA-Economics” bu barədə agentliyə istinadən xəbər verir. Bildirib ki, ölkədə problemli kreditlərin səviyyəsi tarixən ən aşağı göstəricilər
Hesabata görə, aktiv keyfiyyəti sabit olaraq qalacaq, çünki iqtisadi şərait əlverişli olaraq davam edir.
Sektorun kredit portfeli üzrə risklərin idarə olunması gücləndirilir, problemli aktivlərin tanınması və ehtiyatların yaradılması üzrə daha sərt tələblər tətbiq olunur.
“Moody’s” vurğulayır ki, məhz bu yanaşma bankların dayanıqlığını artıran əsas amillərdəndir.
Agentlik həmçinin qeyd edir ki, kapital adekvatlığı göstəriciləri növbəti dövrdə daha da yaxşılaşacaq.
Güclü mənfəətlilik, daxili kapital generasiyası və prudensial tələblərin sərtləşdirilməsi nəticəsində Azərbaycan bankları daha yüksək itkiləri qarşılama qabiliyyətinə malik olacaq.
Tam oxu
Xəbəri oxu