“Moody s“: Ermənistan və Azərbaycan arasında gərginliyin azalması hiss olunan nəticələr ve…
Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan 2025-ci ilin dekabrından Ermənistana (Gürcüstan vasitəsilə) üç dəfə neft məhsulları tədarükü həyata keçirib, bu da iki ölkə arasında birbaşa ticarətin və iqtisadi qarşılıqlı fəaliyyətin başlanğıcının siqnalıdır.
Moderator.az "Moody`s" beynəlxalq reytinq agentliyinə istinadən xəbər verir ki, Ermənistanın Azərbaycanla neft və neft məhsullarının alınması ilə bağlı danışıqları davam edir.
Hesabat müəlliflərinin fikrincə, danışıqlar uğurla başa çatdığı təqdirdə onilliklər boyu davam edən izolyasiya dövründən sonra struktur dəyişilə bilər və Ermənistanın Rusiya yanacağından asılılığı azala bilər.
"Geosiyasi gərginliyin azalması regional bağlantını və ticarəti gücləndirə bilər.
Mart ayında sülh müqaviləsi şərtlərinin razılaşdırılmasından sonra Azərbaycan və Ermənistan arasında ikitərəfli münasibətlərdə konstruktiv irəliləyiş əldə olunub.
İki ölkənin liderləri arasındakı diplomatik əlaqələr daha sıx olub.
Həmçinin ABŞ-nin vasitəçiliyi ilə 2025-ci ilin avqustunda imzalanmış simvolik birgə bəyanat ərazi iddialarından imtinanı, sərhədin delimitasiyasını sürətləndirməyi və nəqliyyat marşrutlarını bərpa etməyi nəzərdə tutur", - agentlik qeyd edib.
Tam oxu
Xəbəri oxu