Moody’s Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb | Icma.az
Apa.az saytına istinadən Icma.az xəbər verir. "Moody’s" beynəlxalq reytinq agentliyi Azərbaycan hökuməti üzrə kredit profilinə dair rəyini y
"APA-Economics" xəbər verir ki, agentlik ölkənin suveren kredit reytinqini Baa3, proqnozu isə “müsbət” səviyyəsində göstərir.
Moody’s-in qiymətləndirməsinə əsasən, Azərbaycanın kredit profili iri həcmdə xalis kreditor mövqeyi ilə dəstəklənir.
Bu mövqe hökumət üçün əhəmiyyətli maliyyə buferi yaradır, dövlətin likvidlik imkanlarını gücləndirir və xarici həssaslıq risklərini azaldır.
Eyni zamanda bildirilib ki, regional münasibətlərdə gərginliyin qalması geosiyasi risklərin davam etməsinə səbəb olan əsas amillərdən biri kimi qiymətləndirilir.
Qeyd edək ki, bu açıqlama kredit reytinqi üzrə rəsmi qiymətləndirmə deyil, Moody’s-in planlı analitik rəyini ifadə edir.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu