Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq. “APA-Economics” xəbər verir ki, bu barədə “Moody’s” beynəlxalq reytinq agentliyindən bildir
“Moody’s”in məlumatına görə, manatın uzunmüddətli sabitliyi bank sektorunda xarici valyutada olan kreditlərin keyfiyyətini əhəmiyyətli dərəc
Xarici valyuta kreditlərinin payı 2020-ci ildə 30%-dən 2024-cü ildə 16%-ə, 2025-ci ilin sentyabrında isə 14%-ə düşüb.
Agentlik bildirir ki, problemli kreditlər 2024-cü ilin sonunda da təxminən 3% səviyyəsində tarixi minimumda qalıb, həmin kreditlərin ehtiyatlarla əhatə olunması 112% təşkil edib.
Qeyri-neft sektorunun güclü fəaliyyəti borcalanların ödəniş qabiliyyətini artıraraq aktiv keyfiyyətini dəstəkləyir.
“Moody’s” qeyd edir ki, Azərbaycan bankları üçün əsas məhdudiyyət yüksək depozit dollarlaşmasıdır.
2025-ci ilin sentyabrında xarici valyuta depozitləri ümumi depozitlərin 38%-i olub (2020-ci ildə 56%).
Bununla belə, manatla likvidlik dedollarizasiya və dövlət dəstəyi nəticəsində yaxşılaşıb.