Moped oğurlayanlar saxlanılıb

24.01.2025

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Nəsimi rayonu ərazisində bir nəfərə məxsus mopedin oğurlanması barədə polisə məlumat daxil olub. Xəbəri DİN verib. 

Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 23 yaşlı İ.Səfixanlı və 26 yaşlı O.Qarayev saxlanılıb. Onların əlavə olaraq “Tufan” markalı motosiklet qaçırmaları da müəyyən olunub.

Sabunçu rayonu ərazisində isə bir nəfərin geyim əşyası, təmir alətləri və avtomobilindən bank kartının oğurlanması barədə polisə məlumat daxil olub. Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşları şübhəli bilinən, əvvəllər məhkum olunmuş 40 yaşlı S.Əhmədov saxlanılıb. Araşdırma zamanı onun oğurladığı bank kartı ilə alış-veriş etdiyi də müəyyən olunub.
Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə rayon ərazisində yerləşən evlərin birindən təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 46 yaşlı M.Məmmədov müəyyən olunaraq saxlanılıb. Ondan psixotrop maddə olan metamfetamin də aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

P.ƏMİRCANOV

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью