Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq

04.02.2026

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ölümlə nəticələnən yol nəqliyyat hadisələrinin əsas iştirakçıları arasında moped sürücüləri də var. Yollarda təhlükəsizliyin təmin edilməsi məqsədi ilə qanunvericilikdə moped sürücüləri ilə bağlı bəzi dəyişikliklər edilib. 

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, artıq mopedlər də qeydə alınacaq:

"Həmin dəyişikliyə əsasən, moped artıq dövlət qeydiyyatına alınacaq. Onları idarə edən şəxslərdən sürücülük vəsiqəsi tələb olunacaq. Bu da mopedləri idarə edənlərin daha məsuliyyətli olmasına gətirib çıxaracaq. 

Mopedlərin dövlət qeydiyyatına alınması və sürücülük vəsiqəsinin tələb edilməsi mart ayının sonlarından tələb ediləcək. Kameralar vasitəsi ilə onların törətdiyi qayda pozuntuları da qeydə alınacaq". 

Qeyd edək ki, istənilən halda bütün yol hərəkət iştirakçıları qaydalara riayət etməlidirlər. Çünki burada tək səhv insan həyatına başa gələ bilər. 

Aysel Əkbər 
Milli.Az 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью