Moped və velosiped idarə edən iki gənc faciəli şəkildə öldü Fotolar

31.10.2026

Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Bir gün ərzində moped və velosiped idarə edən iki gənc faciəli şəkildə həyatını itirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Bildirilib ki, Siyəzən rayonu, Böyük Həmyə kəndində 17 yaşlı gəncin sürmə vərdişləri olmadığı halda moped idarə etməyə təşəbbüs göstərməsi, sonda faciə ilə nəticələnib.
Sabunçu rayonu, Maştağa qəsəbəsində isə gecə saat 23:50 radələrində naməlum avtomobil nəqliyyat axınına əks istiqamətdə velosiped idarə edən Ülfət Hüseynovu vurub.
Hadisə yerindən yayınan “VAZ” markalı avtomobilin sürücüsü T.Bədəlov DYP əməkdaşları tərəfindən “isti izlərlə” saxlanılsa da, velosipedçinin həyatını xilas etmək mümkün olmayıb.

Bu gönderiyi Instagram'da gör

Yeniavaz.com (@yeniavaz_com)'in paylaştığı bir gönderi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью