Morata İtaliyaya qayıdır

20.07.2025

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

“Qalatasaray”ın “Milan”dan icarəyə götürdüyü Alvaro Morata İtaliyaya qayıdacaq.

“Qafqazinfo” “beIN SPORTS”a (Türkiyə) istinadən xəbər verir ki, ispan futbolçu karyerasını “Komo”da davam etdirəcək.

Məlumata görə, İtaliya təmsilçisi Morata ilə 4 illik müqavilə bağlayıb.

O da bildirilib ki, “Milan” və “Qalatasaray” Moratanın “Komo”ya transferi üçün razılığa gəlib.

Qeyd edək ki, futbolçu İstanbul nəhənginin heyətində meydana çıxdığı 16 rəsmi matçda 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью