Morata karyerasını Qalatasaray da davam etdirəcək | Icma.az
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Milan"ın hücumçusu Alvaro Morata karyerasını "Qalatasaray"da davam etdirəcək.
İdman.biz xəbər verir ki, bu barədə məşhur insayder Fabrizio Romano paylaşım edib.
Məlumata görə, artıq klublar keçidlə bağlı razılığa gəliblər.
32 yaşlı ispaniyalı futbolçu "Qalatasaray"da mövsümün sonuna kimi icarə əsasında çıxış edəcək, daha sonra müqavilə daha bir il müddətinə uzadıla və ya onun transferi alına bilər.
2024-cü ilin yayında İspaniya millisinin heyətində Avropa çempionu olan Morata elə onda Madrid "Atletiko"sundan İtaliya nəhənginə keçib.
Bu mövsüm o, bütün yarışlarda 25 matçda 6 qol vurub və 2 məhsuldar ötürmə edib.
İdman.biz Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu