Morata “Qalatasaray”dan gedir

30.05.2025

Idmanxeber.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Qalatasaray”ın hücumçusu Alvaro Morata komandadan ayrılacaq.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə Türkiyə mətbuatında xəbərlər dərc edilir. İspaniyalı forvardın İstanbul klubunda qalmayacağı bildirilir.

Müqavilə ilə “Milan” məxsus olan ulduz futbolçuya başqa yerlərdən də təkliflər var. Morata Türkiyədə qalmaq istəmədiyini bildirir.

O, özünə gələcək yeni təklifləri dəyərləndirəcək. Xatırladaq ki, Morata yanvarda “Qalatasaray”a  qoşulub. O, klubla 1.5 illik müqavilə bağlamışdı.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью