Morata xəstəxanaya çatdırıldı

08.11.2024

Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Milan"ın futbolçusu Alvaro Morata xəstəxanaya çatdırılıb.

QOL.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. 32 yaşlı hücumçu məşq vaxtı Strahinya Pavloviçlə toqquşub. O, başından xəsarət alıb. Moratanın noyabrın 9-da keçiriləcək "Kalyari" ilə görüşü buraxacağı güman edilir.

Qeyd edək ki, Alvaro Morata bu mövsüm "Milan"ın heyətində 12 oyuna çıxaraq 3 qol vurub və 2 qolun ötürməsini edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью