Moratanı heyətinə qatan “Qalatasaray ın yeni hədəfi bəlli oldu

03.02.2025

Icma.az, Metbuat portalına istinadən məlumat verir.

"Milan"dan icarə əsasında Alvaro Moratanı heyətinə qatan “Qalatasaray" daha bir transferi həyata keçirmək üzrədir.

Metbuat.az xəbər verir ki, Türkiyə nəhəngi keçmiş oyunçusu Mario Leminanı heyətinə qatmaq üçün hərəkətə keçib. Türkiyə mediasının məlumatına görə, futbolçunun “Volverhampton”la müqaviləsi mövsümün sonunda yekunlaşır.

Qeyd edək ki, qabonlu yarımmüdafiəçi 2019-20 mövsümündə "Qalatasaray"da 28 oyunda iştirak edib. Türkiyə mediası “Qalatasaray"ın Alvaro Morata ilə imzalanan müqavilənin detallarını da açıqlayıb. Məlumata görə, futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb. Türkiyə nəhənginin futbolçunu birdəfəlik transfer etmək hüququ var.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью