Moreno “Komo”dan ayrıldı

19.06.2026

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

İtaliyanın “Komo” futbol klubunda ayrılıq yaşanıb.

İdman.Biz xəbər verir ki, komandanın ispaniyalı müdafiəçisi Alberto Moreno klubdan ayrılıb. Sol cinah müdafiəçisi karyerasını azad agent kimi davam etdirəcək.

İspaniyalı futbolçunun əsas istəyi La Liqaya qayıtmaqdır. O, karyerasını yenidən İspaniya çempionatında davam etdirmək variantlarını nəzərdən keçirir.

Qeyd edək ki, Alberto Moreno daha əvvəl “Sevilya”, “Liverpul” və “Vilyarreal” kimi klublarda çıxış edib.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью