Moreyra “San Siro” sevgisini açıqladı: “Çox məna daşıyır”

21.09.2026

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

“Leççe”ni 3:0 hesabı ilə məğlub edən “Milan”ın futbolçusu Diequ Moreyra matçda vurduğu qoldan danışıb.

İdman.Biz “Football Italia”ya istinadən xəbər verir ki, belçikalı hücumçu “San-Siro”da fərqlənməyin onun və ailəsi üçün xüsusi əhəmiyyət daşıdığını bildirib.

“San-Siro”da qol vurmaq çox xoşuma gəlir. Bu, mənim və ailəm üçün çox məna daşıyır. Azarkeşlər qarşısında qol vurduğum, qələbə qazandığımız və qapımızı toxunulmaz saxladığımız üçün çox şadam.

İndi milli komanda ilə bağlı fasilədən istifadə edərək dincəlmək və qayıdanda tam gücümdə olmaq istəyirəm”, – deyə Moreyra vurğulayıb.

“Milan” – “Leççe” qarşılaşmasında hesabı 14-cü dəqiqədə Kristian Pulişiç açıb. Adrien Rabio 61-ci dəqiqədə fərqi iki topa çatdırıb. 73-cü dəqiqədə isə meydana sonradan daxil olan Moreyra yekun hesabı müəyyənləşdirib.

Qeyd edək ki, Moreyra bundan əvvəlki turda da ehtiyatdan oyuna daxil olaraq “Latsio”nun qapısına iki qol vurub. Həmin qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

Bu qələbədən sonra “Milan” 5 turdan 11 xalla A Seriyasının turnir cədvəlində 5-ci pilləyə yüksəlib. “Leççe” isə 6 xalla 12-ci yerdədir.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью