“Morgan Stanley” qlobal səhmlər üzrə investisiya mövqeyini artırıb

16.11.2026

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 16 noyabr, AZƏRTAC

ABŞ-nin ən böyük banklarından olan “Morgan Stanley”in strateqləri süni intellektə yönələn kapital xərcləri dövrünün davam edərək iqtisadi artımın və şirkət mənfəətlərinin dayanıqlılığını gələn ilə daşıyacağı gözləntisi ilə qlobal səhmlər üzrə investisiya mövqeyinin maksimum səviyyədə artırılmasını tövsiyə ediblər.

AZƏRTAC xəbər verir ki, strateqlər ABŞ səhmləri üzrə “çəkini artır” tövsiyəsini qüvvədə saxlayıb, Yaponiya və Avropa səhmləri üzrə mövqelərini də bu səviyyəyə yüksəldiblər.

Bank inkişaf etməkdə olan bazarların səhmləri üzrə isə “neytral” mövqeyini qoruyub. Eyni zamanda, “S&P 500” indeksi üzrə hədəf göstəricisini hazırkı səviyyədən 15 faiz artıma işarə edən səviyyəyədək yüksəldib.

Morgan Stanley strateqləri bildiriblər: “Riskli aktivlərin ucuzlaşmasından istifadə edərək risk götürməyə üstünlük veririk”. Onların fikrincə, qlobal səhm bazarlarında investisiya imkanları artıq iri texnologiya şirkətləri ilə məhdudlaşmır. 2027-ci ildə süni intellektdən istifadə edən şirkətlərin investorlara gətirdiyi gəlirlər daha çox diqqət mərkəzində olacaq.

Bankın proqnozuna görə, “MSCI All Country World Index”ə daxil olan şirkətlərin mənfəəti gələn il 13 faiz arta bilər. Qiymətləndirmələrdən qaynaqlanan təzyiqin isə zəifləyərək əks istiqamətə dəyişəcəyi gözlənilir.

“Morgan Stanley” qeyd edib ki, indeksin konsensus üzrə gələcək mənfəətə əsaslanan qiymət/mənfəət əmsalı 15 səviyyəsindədir. Bu, 2023-cü ildən bəri qeydə alınan ən aşağı göstəricidir.

Strateqlər qlobal iqtisadi artım perspektivlərinin, uzunmüddətli kapital qoyuluşlarının və innovasiya meyillərinin güclü mənfəət artımını dəstəkləməyə davam edəcəyini bildiriblər.

Bankın qiymətləndirməsinə görə, 2026-cı ildə likvidlik şərtlərinin sərtləşməsi nəticəsində azalan qiymətləndirmə əmsallarının gələn il bazar üçün mənfi amil olmaqdan çıxacağı gözlənilir.

“Morgan Stanley” investisiya baxımından investisiya reytinqli korporativ istiqrazlara və qızıla üstünlük verir. Bank ABŞ dollarının isə məhdud yüksəliş nümayiş etdirəcəyini proqnozlaşdırır.

Strateqlər ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini daha iki dəfə artıracağını gözləyirlər. Onların proqnozuna görə, ABŞ-nin 10 illik dövlət istiqrazlarının gəlirliliyi ilin ilk yarısında 5,05 faizə yüksələ bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью