Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ-də öldüyü bildirilən 18 aylıq körpə beş saatdan çox vaxt keçdikdən sonra morqda sağ tapılıb.
"Cebheinfo.az" xəbər verir ki, körpənin anası son dəfə onu qucaqlayarkən nəfəs aldığını hiss etsə də, həkimlər bunun ölüm refleksi olduğunu bildiriblər.
Sonradan isə uşağın əslində sağ olduğu məlum olub.
ABŞ-nin Arizona ştatında yaşayan 30 yaşlı Aleksus Fiordilino və həyat yoldaşı Ancelonun təşkil etdiyi əyləncə gecəsi zamanı onların 18 aylıq oğlu Vinsent gözdən itib.
Bir müddət sonra körpə ailənin həyətindəki hovuzda üzüüstə, hərəkətsiz vəziyyətdə tapılıb.
Ürək masajı edilən körpə xəstəxanaya çatdırılıb. Lakin həkim Vinsentin öldüyünü elan edib.
Anası oğlunu son dəfə qucaqlayarkən onun nəfəs aldığını hiss edib və bu barədə həkimə məlumat verib. Həkim isə bunun ölüm refleksi olduğunu söyləyib.
Vinsentin cəsədi morqa aparılıb. Gecə yarısına yaxın meyiti təhvil almaq üçün gələn məhkəmə-tibbi ekspertiza əməkdaşı körpənin hələ də nəfəs aldığını aşkarlayıb.
Bundan sonra uşağın valideynlərinə onun sağ olduğu barədə məlumat verilib. Lakin Vinsentin sağ qalması onun sağlamlığına qovuşduğu anlamına gəlməyib.
Ağır beyin zədəsi alan körpə hazırda uda bilmir, müstəqil şəkildə otura bilmir və qıcolma tutmaları keçirir.
Polis hesabatına görə, körpənin nəfəs almasına bənzər hərəkətlərini xəstəxana əməkdaşları da görüblər.
Ailə baş verənlərə görə həkimə və xəstəxanaya qarşı məhkəmə iddiası qaldırmağa hazırlaşır.
Əfsanə
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin