Morqda oyanıb siqaret istədi

18.11.2026

Icma.az bildirir, Bakupost portalına istinadən.


Nigeriyada motosiklet qəzasına düşərək ölü elan edilən kişi morqda bir neçə saat sonra özünə gəlib.

"Bakupost" Bakıvaxtı.az-a istinadla xəbər verir ki, adı açıqlanmayan kişi qəza nəticəsində ölü hesab edilərək morqa aparılıb. Lakin bir neçə saat sonra ayılaraq ayağa qalxıb.

Şahidlərin sözlərinə görə, kişinin oyandıqdan sonra ilk istəyi siqaret və alışqan olub.

Hadisə yerində olanlar baş verənlərə heyrətləniblər. Onlardan biri kişiyə qəza sonrası mütləq tibbi müayinədən keçməli olduğunu bildirib.

Onun şəxsiyyəti və hazırkı sağlamlıq vəziyyəti barədə əlavə məlumat verilməyib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью