Mortal Kombat ın üçüncü filmi çəkiləcək

13.10.2025

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"New Line" kinostudiyası "Mortal Kombat 2" filmi ekranlara çıxmazdan əvvəl artıq filmin üçüncü hissəsi üzərində işə başlayıb.

Oxu.az xəbər verir ki, bu barədə "Deadline" məlumat yayıb.

Franşizanın ikinci hissəsi üzərində işləyən Ceremi Slater növbəti seriyanın da ssenarini yazacaq. Üçüncü filmin süjet təfərrüatı açıqlanmayıb.

Qeyd edək ki, "Mortal Kombat 2" 15 may 2026-cı il tarixində ekranlara çıxacaq.

Xatırladaq ki, filmin ilk hissəsi 2021-ci ilin aprelində nümayiş olunub və kinoprokatda 84,4 milyon dollar qazanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью