Moskva 1920 ci ilin temperatur rekordunu qırdı

17.04.2025

Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Moskvada aprelin 16-da VDNX stansiyasında yeni temperatur rekordu qeydə alınıb.
Yeniavaz.com
TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand bildirib.
Məlumata görə, temperatur 21,2 dərəcə olub:
“VDNX stansiyasında aprelin 16-da yeni temperatur rekordu qeydə alınıb, temperatur 21,2 dərəcə istiyə yüksəlib. Əvvəlki rekord 105 il əvvəl olub, 1920-ci ildə rekord göstərici 21 dərəcə isti olub".
Vilfand belə bir ekstremal dəyərin heç bir təhlükə yaratmadığını vurğulayıb:
“Adətən “ekstremal” sözü pis məna daşıyır, amma məncə, burada belə müsbət temperatur göstəriciləri böyük məmnuniyyətlə qəbul edilir. Bu ekstremal zərərli deyil”.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью