Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
“Moskva “3+3” (Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, İran və Türkiyə) regional məsləhətləşmə formatı çərçivəsində növbəti görüşün yaxın vaxtlarda keçiriləcəyinə ümid edir”.
525.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avrasiya təhlükəsizliyi üzrə dördüncü Minsk beynəlxalq konfransının yüksək səviyyəli plenar iclasında bildirib.
“Bu platformanın iştirakçıları birləşdirici gündəliyin irəli aparılması barədə razılığa gəliblər. Ümid edirik ki, yaxın vaxtlarda bu format çərçivəsində növbəti görüş keçiriləcək”, - Lavrov qeyd edib.
Qeyd edək ki, format çərçivəsində indiyədək üç görüş keçirilib. Görüşlər növbə ilə Moskva, Tehran və İstanbulda təşkil olunub.
Rusiya XİN başçısı daha əvvəl bildirib ki, “3+3” formatındakı növbəti görüş ardıcıllıq nəzərə alın araq Azərbaycanda, daha sonra isə Ermənistanda keçirilə bilər.
Pərvanə Sultanova