Icma.az bildirir, Bakivaxti portalına istinadən.
Moskvada ötən gecə son 77 ilin 24 sentyabr tarixləri üzrə ən isti gecəsi qeydə alınıb.
Bakıvaxtı.az xəbər verir ki, "Phobos" hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leusun məlumatına görə, paytaxtda minimum temperatur 16,5 dərəcə Selsi olub.
Bu göstərici ilin bu dövrü üçün normadan 9-10 dərəcə yüksəkdir.
Sinoptikin sözlərinə görə, VDNX meteoroloji stansiyasında qeydə alınan temperatur 1949-cu ildən bəri 24 sentyabr gecəsi üçün ən yüksək göstəricidir.
İsti hava bu gün də davam edəcək.
Murad İsmayıl