Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ölkə.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
"Təşkilatın üzvlərindən birinə qarşı məhdudlaşdırıcı tədbirlərin mümkün qəbul edilməsi ilə bağlı istənilən qərar tamamilə Kollektiv Təhlükəsizlik Şurasının (KTMT üzv dövlətlərinin dövlət başçıları da daxil olmaqla) səlahiyyətlərinə aiddir və Şura təşkilatın nizamnaməsinin müddəalarına əsasən belə qərarlar qəbul etmək hüququna malikdir", - rusiyalı diplomat bildirib.
Rusiyalı nazir müavini əlavə edib ki, institusional effektivliyin qorunması prinsipinə əsaslanaraq, istənilən beynəlxalq təşkilatın təsis sənədlərində nəzərdə tutulduğu kimi, bu vəziyyət üçün prosedurları var. “KTMT də istisna deyil", - o qeyd edib.
Mürtəza