Moskva Avropa ölkələri ilə dialoqa açıqdır Peskov

20.07.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Rusiya avropalı siyasətçilərin Moskva ilə dialoqun bərpa edilməsinin zəruriliyi ilə bağlı açıqlamalarını nəzərə alır, lakin praktikada bu siqnallar reallıqda öz əksini tapmır.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Mətbuat katibi bildirib ki, bu məsələ ilə bağlı bir çox bəyanatlar, Almaniyadakı siyasətçilər də daxil olmaqla, Avropa siyasətçiləri arasında bir çox müzakirələr eşidirik, lakin praktik olaraq bunun bu ölkələrin faktiki siyasətinə heç bir təsiri yoxdur.

Peskov vurğulayıb ki, Moskva Avropa ölkələri ilə dialoqa açıqdır.

“Amma əlbəttə ki, dialoqu bərpa edərkən gələcəkdə qazandığımız təcrübədən həmişə istifadə edəcəyik”, – deyə mətbuat katibi əlavə edib.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью