Moskva Bakı marşrutu üzrə reys hava limanında qalıb

08.05.2025

Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

"Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsus Moskva-Bakı istiqamətində nəzərdə tutulan aviareys artıq bir gündür ki, havaya qalxa bilmir.

BAKU.WS bu barədə "Shot" Telegram kanalına istinadən məlumat yayıb.

Bildirilir ki, uçuş vaxtı dəfələrlə dəyişdirildiyindən sərnişinlər "Vnukovo" hava limanında demək olar ki, 24 saata yaxındır gözləmək məcburiyyətində qalıblar.

Məlumata əsasən, reysin yola düşməsi gün ərzində altı dəfə təxirə salınıb.

AZAL-ın Mətbuat Xidməti məsələ ilə bağlı sorğuya cavab verərək qeyd edib ki, uçuşun baş tutmamasına səbəb Moskva şəhəri üzərində hava məkanının bağlanmasıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью