Moskva Bakı münasibətləri... Kalugindən qiymətləndirmə

06.10.2026

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ölkə.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə departamentinin direktoru Mixail Kalugin bildirib.

"Biz çox şadıq ki, Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşlarının həyatına son qoyan, bizim üçün ortaq faciəyə çevrilən 2024-cü ilin dekabrındakı aviasiya qəzası ilə bağlı səhifəni birlikdə çevirmək mümkün oldu", - deyə o qeyd edib.

Kaluginin sözlərinə görə, bu, Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev arasında etibarlı dialoq olmadan mümkün olmazdı.

O, həmçinin bildirib ki, Rusiyadan Xəzər dənizi boyunca Azərbaycan və İrandan keçən "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb qolunun inkişafı üzrə işlər davam etdiriləcək.

"Bu meqalayihənin əhəmiyyəti Rusiya-Azərbaycan gündəliyinin çərçivəsindən xeyli kənara çıxır", - deyə Rusiya XİN nümayəndəsi vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью