Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
Rusiya ilə Azərbaycan münasibətlərindəki böhran Moskva və Bakının birgə səyləri nəticəsində həll olunub.
“Qafqazinfo” “Kommersant”a istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib.
Onun sözlərinə görə, iki ölkə arasında münasibətlər ikitərəfli müqavilə-hüquq bazası, o cümlədən müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə əsasında inkişaf etməlidir.