Moskva Bakı reysi 6 dəfə təxirə salındı

08.05.2025

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin Rusiyanın Moskva şəhərindən Bakıya planlaşdırılan reysi gecikir.

Bakupost.az "Shot" "Telegram" kanalına istinadən xəbər verir ki, uçuş vaxtları təxirə salındığı üçün sərnişinlər "Vnukovo" hava limanında bir sutkaya yaxındır gözləyirlər.

Qeyd olunub ki, gün ərzində təyyarənin reysi altı dəfə təxirə salınıb.

Məsələ ilə bağlı "Azərbaycan Hava Yolları"nın (AZAL) Mətbuat Xidmətindən oxu.az-a bildirilib ki, yaranan vəziyyətə səbəb Moskvanın hava məkanının bağlı olmasıdır.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью