Moskva Berlini hədələdi: “Sərt cavab veriləcək”

03.09.2026

Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiya Xarici İşlər Nazirliyi Leypsiq-Halle hava limanında partlayıcı maddələrlə yüklənmiş pilotsuz uçuş aparatının (PUA) aşkarlanması ilə bağlı Almaniyanın Moskvaya qarşı atdığı addımlara sərt cavab veriləcəyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Rusiya XİN-in bəyanatında Almaniya hökumətinin hava limanındakı insidentdən sonra Rusiyaya qarşı bir sıra tədbirlər gördüyü bildirilib. Berlin Moskvanı hadisəyə görə məsul tutub və buna cavab olaraq Rusiyanın Bonn şəhərindəki konsulluğunun bağlanması da daxil olmaqla diplomatik addımlar atıb. Rusiya isə bu ittihamları rədd edir.

Bununla əlaqədar Almaniyanın Moskvadakı müvəqqəti işlər vəkili Bernd Finke Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Rusiya tərəfi ona qarşı irəli sürülən ittihamları əsassız hesab etdiyini bildirib.

Bəyanatda Berlinin ikitərəfli münasibətlərin daha da pisləşməsinə yönəlmiş addımlar atdığı vurğulanıb.

Rusiya XİN Almaniya hökumətinin hərəkətlərinə cavab olaraq “sərt tədbirlər görüləcəyini” bildirib.

Aytən Yaşar/ Turkustan.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью