Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiyada, Moskva yaxınlığındakı Puşkino şəhərinin sakinləri ötən gecə nadir təbii hadisəni - işıq sütunlarını müşahidə ediblər.
BAKU.WS xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Fotosda atmosferdə buz kristallarının əmələ gəlməsi səbəbindən gecə səmasında görünən şaquli mavi işığın xətləri görünür.
Məlumata görə, bu atmosfer hadisəsi şiddətli şaxta, zəif külək və yüksək rütubətin kombinasiyası səbəbindən yaranır.