Moskva da İHA xəbərdarlığı: Uçuşlar dayandırılıb

21.05.2025

Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.

Rusiya paytaxtı Moskva'da bəzi hava limanlarında uçuşlar, pilotsuz uçan təyyarələr (İHA) ilə edilən hücumlar səbəbindən dayandırılıb.

Xalqcebhesi.az xəbər verir ki, Rusiya Federal Aviasiya Agentliyindən (Rosaviatsiya) verilən açıqlamada, Domodedovo və Jukovskiy hava limanlarındakı uçuşların İHA hücumları səbəbi ilə dayandırıldığı bildirilib.

Rusiya Müdafiə Nazirliyinin açıqlamasında Ukraynaya aid 39 İHA-nın vurulduğu qeyd edilib, Moskva meri Sergey Sobyanin isə şəhərə hücum edən 3 İHA-nın vurulduğunu açıqlayıb.

Həmçinin, Rusiya mətbuatında ölkənin Lipetsk və Tula bölgələrində İHA hücumları səbəbilə mobil internetin kəsildiyi bildirilib.

Məryəm Quliyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью