Moskva Ər Riyad danışıqlarında birgə bəyanatın qəbul olunmamasında Kiyevi günahlandırıb

25.03.2025

Icma.az, Oxu.az saytına istinadən bildirir.

"Dünən Ər-Riyadda keçirilən ABŞ-Rusiya danışıqlarının yekunu üzrə birgə bəyanat Ukraynanın mövqeyi səbəbindən qəbul edilməyib".

Oxu.Az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Müdafiə Komitəsinin sədr müavini Vladimir Çijov "Rossiya-24" telekanalına müsahibəsində söyləyib.

V.Çijov bildirib ki, tərəflər 12 saat oturub və birgə bəyanatı razılaşdırıblar:

"Lakin Ukraynanın mövqeyinə görə bəyanat qəbul olunmayıb. Bu, olduqca xarakterik və simptomatikdir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью