Hurriyyet saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Hurriyyet.az xəbər verir ki, Moskva uzun illər ərzində Qarabağı işğalda saxlayan və antiterror əməliyyatından sonra Ermənistana köçmüş erməniləri ərzaq və gigiena vasitələri ilə dəstəkləməyə davam edir.
RF XİN-in mətbuat təmsilçisi Mariya Zaxarova Rusiya Humanitar Missiyasının həmin şəxslərə humanitar yardımın növbəti partiyasını təqdim edəcəyini bəyan edib. Zaxarova deyib: "Humanitar yardım göstərilməsi məsələsi Rusiya tərəfinin diqqət mərkəzindədir".
Zaxarova xatırladıb ki, bundan əvvəl də Rusiya Humanitar missiyası Ermənistana humanitar yardımlar göndərib: 2023-cü ilin oktyabrında keçmiş separatçılara 6 ton ərzaq və şəxsi gigiyena vasitələri verilib.
Hürr Tərcüman