Moskva Ermənistandakı seçkilərlə bağlı narahatdır

06.06.2026

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanda iri müxalif qüvvələrin parlament seçkilərindən kənarlaşdırılması ehtimalının seçkilərin legitimliyini sual altına sala biləcəyini bildirib.

Modern.az xəbər verir ki, Mariya Zaxarova bu barədə keçirdiyi brifinqdə danışıb.

Onun sözlərinə görə, Moskva Ermənistanda ən böyük müxalif siyasi qüvvələrin parlament seçkilərində iştirakdan kənarlaşdırılması ilə bağlı yayılan məlumatlardan narahatdır.

Zaxarova iddia edib ki, ölkədə seçkiöncəsi siyasi rəqabət əvəzinə demokratik prosedurlara qarşı mübarizə aparılır.

Rusiya XİN sözçüsü “Güclü Ermənistan” hərəkatı və “Çiçəklənən Ermənistan” Partiyasının seçkilərdən uzaqlaşdırılması ehtimalını da tənqid edib.

“Bu, demokratiyaya qarşı cinayət olardı”, - deyə Zaxarova bildirib.
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью