Moskva ətrafında vurulan dronların sayı 103 ə çatıb

18.08.2026

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hava Hücumundan Müdafiə qüvvələri Moskvaya doğru uçan 10 pilotsuz uçuş aparatını (PUA) vurub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə şəhər meri Sergey Sobyanin bildirib.

Onun sözlərinə görə, dron qalıqlarının düşdüyü yerdə fövqəladə hallar üzrə xidmətlər işləyir. Xəsarət alanlar barədə məlumat yoxdur.

Günün əvvəlindən Moskvaya yaxınlaşarkən vurulan dronların ümumi sayı 103-ə çatıb. Moskva vilayətində PUA hücumu zamanı çoxmənzilli bina və "Wildberries"in anbarı yanıb. Üç nəfər xəsarət alıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью