Moskva görüşü: Putin və Paşinyan hansı məsələləri müzakirə edəcək?

31.03.2026

Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.


Rusiya prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan sabah Moskvada görüşəcək.

Bakupost.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, liderlər danışıqlar zamanı Rusiya-Ermənistan münasibətlərinin daha da inkişaf etdirilməsi ilə bağlı geniş məsələləri müzakirə etməyi planlaşdırır.

"1 aprel 2026-cı ildə Rusiya prezidenti və Moskvada işgüzar səfərdə olacaq Ermənistanın Baş naziri Nikol Paşinyan arasında danışıqlar keçiriləcək. Danışıqlarda əsas məsələlər strateji tərəfdaşlıq və müttəfiqlik çərçivəsində ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri olacaq. Həmçinin Avrasiya regionunda inteqrasiya əməkdaşlığı əsas müzakirə mövzusudur. Ermənistan Avrasiya İqtisadi Birliyinin (AİB) üzvüdür və birlik daxilində ticarət və iqtisadi əlaqələrin inkişaf etdirilməsi hər iki tərəf üçün prioritet olaraq qalır”, - məlumatda qeyd olunub.

Bundan əlavə, aktual regional məsələlər, xüsusilə Cənubi Qafqazda iqtisadi, nəqliyyat və logistika əlaqələrinin inkişafı da müzakirə olunacaq.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью