Moskva Gümrüdəki bazasının gələcəyindən danışdı

15.09.2026

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiya Ermənistandan Gümrüdə yerləşən hərbi bazasının çıxarılması ilə bağlı heç bir müraciət almayıb.

Modern.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “İzvestiya” qəzetinə açıqlamasında bildirib.

“Ermənistan tərəfdən Gümrüdə yerləşən Rusiya hərbi bazasının çıxarılması ilə bağlı heç bir müraciət almamışıq”, - deyə diplomat bildirib.

Qaluzin vurğulayıb ki, Moskva hələ də sözügedən hərbi bazanı Ermənistanın və Cənubi Qafqazın təhlükəsizlik arxitekturasının mühüm elementi hesab edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью