Axsham.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, Xalq artisti Aygün Kazımova Moskvada solo konsert verəcək.
Axşam.az xəbər verir ki, dekabrın 13-də baş tutacaq gecəyə hazırlıqlar artıq başlayıb. 20 il əvvəl Dövlət Kreml Sarayında səhnə alan ölkənin əsas ulduzu bu dəfə “Moskva” Konsert Zalında sevənləri ilə görüşəcək.
Pop kraliça konsert zamanı sevilən hitlərini səsləndirəcək, tamaşaçılara fərqli səhnə şouları təqdim edəcək.
Qeyd edək ki, konsertin biletləri artıq satışa çıxarılıb.