Moskva iflic oldu: 432 reys təxirə düşdü VİDEO

09.10.2026

Icma.az, Bakupost portalına istinadən məlumat verir.


Moskva hava limanlarında bir gündə 370-dən çox uçuş təxirə salınıb, daha 62 uçuş isə ləğv edilib.

"Bakupost" xəbər verir ki, bu barədə “Baza” kanalı məlumat yayıb.

Bildirilib ki, Ukraynanın pilotsuz təyyarə hücumu təhlükəsi səbəbindən məhdudiyyətlər tətbiq edilib. Vnukovoda 158 uçuş təxirə salınıb, 38-i ləğv edilib, Şeremetyevoda 157 uçuş təxirə salınıb, daha 11-i ləğv edilib, Domodedovoda 58 uçuş təxirə salınıb, 13-ü ləğv edilib.

Hazırda uçuş təhlükəsizliyini təmin etmək üçün paytaxt səmasında təyyarələrin qəbulu və uçuş icazələrinə qoyulan məhdudiyyətlər qüvvədə qalmaqdadır.

Qeyd edək ki, sərnişinlər sosial şəbəkələrdə hava limanlarında qalmağa məcbur olduqları görüntüləri paylaşıblar.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью