Olke.az saytına istinadən Icma.az xəbər verir.
Ölkə.az xəbər verir ki, o, bu fikirləri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan son telefon danışığını şərh edərkən səsləndirib.
Areşev bildirib ki, tərəflər arasında qarşılıqlı anlaşmanın əldə olunmadığı həm Ermənistan, həm də Rusiya tərəfinin yayımladığı rəsmi məlumatlardan görünür. Onun sözlərinə görə, Ermənistan hökumətinin yaydığı açıqlama daha geniş olub və əsas diqqət Rusiyanın Ermənistan məhsullarının idxalına tətbiq etdiyi məhdudiyyətlərin yumşaldılması məsələsinə yönəlib. Kreml isə çox qısa xəbər yayıb və Paşinyanı iyunun 7-də keçirilən parlament seçkilərində rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" Partiyasının qələbəsi münasibətilə təbrik etməyib.
Politoloqa görə, bu, Moskvanın Paşinyanla əvvəlki formatda dialoqu davam etdirmək istəmədiyini göstərən mənfi siqnaldır. Areşev, həmçinin, iddia edib ki, son aylarda verilən bəyanatlar və atılan addımlar Rusiyanın Ermənistanın Avropa İttifaqına inteqrasiya kursunu artıq əvvəlki kimi güzəştlərlə dəstəkləməyə hazır olmadığını göstərir. O hesab edir ki, Moskva Rusiya bazarında Ermənistan istehsalçılarına təqdim edilən üstünlükləri də siyasi proseslərdən kənarda qiymətləndirmir.
Ekspertin ehtimalına əsasən, bu vəziyyət Ermənistan hakimiyyəti üçün ciddi sosial-iqtisadi problemlər yarada bilər. O qeyd edib ki, ölkədə fermerlərin etirazları artıq başlayıb və iqtisadi vəziyyətin pisləşməsi etirazların artmasına gətirə bilər.
Areşev sonda əlavə edib ki, yaranmış vəziyyətə görə əsas məsuliyyət Ermənistan hakimiyyətinin üzərinə düşür. O, bunun Paşinyan hökumətinin gələcək populyarlığına mənfi təsir göstərə biləcəyini iddia edib.(musavat.com)