Moskva ilin əvvəlindən bəri ən kütləvi dron hücumuna məruz qalıb

16.06.2026

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Moskva, 16 iyun, AZƏRTAC

İyunun 16-da səhər saatlarında Moskvaya endirilən dron zərbələri cəhdi bu ilin ən kütləvi hücumlarından biri olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyaninin açıqladığı məlumatlara əsaslanan TASS agentliyinin məlumatında bildirilir. Mer qeyd edib ki, hava hücumundan müdafiə qüvvələri paytaxta doğru uçan 60 dronu məhv edib.

Hücum nəticəsində dronlardan biri Moskva Neft Emalı Zavodunun ərazisindəki obyektə zərər vurub. Tələfat olmayıb. Hadisə yerində təcili yardım xidmətləri işləyir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью