Moskva İrəvan gərginliyi: Simonyan Rusiyaya gedir

04.02.2026

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ermənistan parlamentinin spikeri Alen Simonyan Moskvaya səfərə gedib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat verib.

“Anti-Rusiya bəyanatları ilə tanınan Alen Simonyan səfərə sayılı günlər qalmış əvvəlki sərt ifadələrindən “geri çəkilib”. Belə ki, ötən gün verdiyi müsahibədə jurnalistə Rusiya ilə bağlı danışarkən “hibrid müharibə” ifadəsindən imtina etməyi tövsiyə edib, çünki “müharibə”nin yaxşı termin olmadığını vurğulayıb.

Səfər çərçivəsində Rusiya xarici işlər naziri Sergey Lavrovla görüş nəzərdə tutulur. Lavrov son mətbuat konfransında Ermənistan hakimiyyətinin “hibrid müharibə” adı altında Qərbdən maliyyə əldə etmək və ruslara qarşı antitəbliğat aparmaq niyyətlərinə toxunmuşdu”,- deyə qeyd edilib.

Safura Bənnayeva
Globalinfo.az 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью