Moskva İrəvana xəbərdarlıq edib

03.04.2025

Icma.az, Azvision portalına istinadən məlumatı açıqlayır.

AzVision.az xəbər verir ki, Rusiya Xarici İşlər nazirinin müavini Mixail Qaluzin belə bəyanatla çıxış edib.
“Avrasiya İqtisadi İttifaqı (Aİİ) bərabərhüquqlu dövlətlərin birliyidir, lakin Avropa İttifaqı (Aİ) “dəyənək intizamının hökm sürdüyü” bir strukturdur. Bununla belə, yekun qərar suveren dövlət kimi Ermənistanın səlahiyyətinə aiddir”, - ruisyalı məmur bildirib.
Moskva Ermənistanı seçim etməyə çağırıb Xatırladaq ki, martın 26-da Ermənistan parlamenti ikinci və yekun oxunuşda ölkənin Aİ-yə daxil olması prosesinə başlamaq üçün qanun layihəsini qəbul edib. Sənədin lehinə 64, əleyhinə isə 7 deputat səs verib.
Qeyd edək ki, Ermənistanın ikibaşlı oyunları fonunda Moskva dəfələrlə İrəvana xəbərdarlıqlar ünvanlayıb.
Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью