Moskva İrəvanda öz mövqeyini sürətlə itirir | Icma.az
Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq. Hayastanın 2020-ci ildə xaricdən aldığı silah-sursatın 96 faizi Rusiyadan idisə, hazırda
Hər iki ölkənin eyni iqtisadi və hərbi birliyin üzvü olmasına baxmayaraq, iki ölkə arasında arasında hərbi-texniki əməkdaşlıqda kəskin azalm
Nəticədə onilliklər ərzində İrəvanın əsas silah tədarükçüsü olan Moskva öz mövqeyini sürətlə itirir, yerini Paris və Dehliyə verir.
Bu barədə DW media şirkəti bildirib. Buna paralel olaraq Hayastan müdafiə xərclərini artırır.
Ermənistan maliyyə naziri Vahe Ovanisyanın sözlərinə görə, 2025-ci ilin dövlət büdcəsindən hərbi xərclərə 1,7 milyard dollar ayrılıb.
Bu da 2024-cü ildəki xərclərdən 20 faiz çoxdur və ölkənin ümumi daxili məhsulunun 6 faizini təşkil edir.
“Bu, büdcənin əhəmiyyətli hissəsini təşkil edir və bütün gücümüz burada cəmləşib”, – deyə nazir bildirib.
Bundan başqa, 2024-cü ilin iyulunda Avropa İttifaqı ilk dəfə Ermənistan silahlı qüvvələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün maliyyə yardımı ayırıb.
Tam oxu
Xəbəri oxu