Missiya.az saytına istinadən Icma.az xəbər verir.
“Moskva İrəvanla Ankara arasında Rusiyanın dəstəyi ilə başlayan dialoqun fəallaşmasından məmnundur”.
Missiya.Az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
O xatırladıb ki, Ermənistan-Türkiyə danışıqlarının birinci raundu 2022-ci ilin yanvarında Moskvada baş tutub.
"Biz iki tərəfin tezliklə barışmasının tərəfdarıyıq. Biz həmçinin erməni və türk tərəfdaşlarımızın bu istiqamətdə səylərini dəstəkləməyə davam etməyə hazırıq", - deyə Qaluzin bildirib.
Daşqın Həsənov
Missiya.Az