“Moskva İstanbulda keçiriləcək görüş üçün Kiyevin razılığını almayıb”

29.05.2025

Icma.az, Missiya.az portalına istinadən məlumatı açıqlayır.

“Moskva iyunun 2-də İstanbulda keçiriləcək görüş üçün Kiyevin razılığını almayıb”.

Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov məlumat verib.

“İyunun 2-də İstanbulda ikinci tur üçün görüşməyi təklif etmişdik. Bildiyim qədəri ilə hələ ki, qarşı tərəfdən heç bir cavab verilməyib”, - deyə siyasətçi vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya tərəfinin iyunun 2-də İstanbulda danışıqların ikinci raundunu keçirməyə hazır olduğunu bildirib.

Daşqın Həsənov
Missiya.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью