Moskva Kiyevin Avropa İttifaqına üzvlüyünə razı oldu

18.02.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyü Kiyevin suveren hüququdur.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. 

Diplomatın sözlərinə görə, söhbət hərbi deyil, iqtisadi inteqrasiyadan gedir: "Bu, hər bir ölkənin suveren hüququdur. Söhbət inteqrasiyadan, iqtisadi proseslərdən gedir və burada təbii ki, heç kim heç bir ölkəyə nəyisə diktə edə bilməz. Biz bunu etməyəcəyik. Lakin təhlükəsizlik, müdafiə və ya hərbi ittifaqlarla bağlı məsələlərdə tamamilə fərqli mövqeyə sahibik. Orada məsələ başqadır və bunu hamı bilir". 

Ağarza Elçinoğlu 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью