Icma.az bildirir, Qaynarinfo portalına istinadən. "Rusiyanın Kiyevlə danışıqlardan çıxması mütləq idi.
Ukraynanın son addımları isə bu istiqamətdə ona bəhanə verdi".
Bunu Qaynarinfo-ya açıqlamasında Azər Qasımov Rusiya prezidenti Vladimir Putinin Ukraynanın son addımlarını "terror aktı" kimi xarakterizə etməklə, Kiyevlə sammitin və atəşkəsin mümkünlüyünə şübhə etdiyi barədə fikirlərini şərh edərkən deyib.
"İstanbul danışıqlarının mahiyyət etibarilə nəticə verəcəyinə inanmaq sadəlövhlük olardı.
Putin isə danışıqları pozmaqda Ukraynanı günahlandırmaq və guya özünün sülhdə və danışıqlarda maraqlı olduğunu göstərmək istəyir.
Amma əsl həyasızlıq Ukraynanın əməllərini terror, rəhbərliyini terrorçu adlandırmaqdır.
Putinin məntiqilə Rusiyanın mülki vətəndaşlarına qarşı cinayət törətmək olmaz, amma Ukrayna mülki vətəndaşlarına qarşı cinayət törətmək olar", deyə Azər Qasımov bildirib.
Ekspertin fikrincə, əslində, bu, rus cəmiyyətinin şovinist əhval-ruhiyyəsinin məntiqi nəticəsidir: "Rusların özlərini toxunulmaz hesab etməsinin nəticəsidir.